Çin Xalq Bankı bazarlara kömək etməyə çalışsa da, treyderləri sakitləşdirə bilmir.
Qeyd edək ki, Çinin maliyyə bazarı uzunmüddətli tətillərdən sonra yenidən işə başlayıb. Son günlərdə baş verən neqativ hadisələr kotirovkalara demək olar ki, dərhal öz təsirini göstərib.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, “Shanghai Composite” indeksi 8% düşüb, yuan məzənnəsi isə 1,15% azalıb.
Çin Xalq Bankı əks REPO əməliyyatları vasitəsilə banklara 1,2 trilyon yuan məbləğində likvidlik təqdim edəcək.
Tənzimləyicinin nümayəndələri bazarın sabitliyini təmin etmək məqsədilə Mərkəzi Bankın əlində olan alətlərdən istifadə etmək, habelə ölkənin aparıcı maliyyə institutları ilə olan sıx əlaqələri dəstəkləmək niyyətində olduqlarını bildiriblər.
Buna baxmayaraq, göründüyü kimi bu stimullar kifayət etmir. Çin bazarında həyata keçirilən hərraclar dayandırılıb.
Fond indekslərinin göstəriciləri 2015-ci ildən bəri minimum səviyyəyə düşərək, son 12 aydakı artımı məhv etdi.
İstiqrazların gəlirliliyi kəskin azalır və hal-hazırda 3% təşkil edir – 2016-cı ildən bəri minimum səviyyə.
Çöküş təkcə fond birjasına deyil, eyni zamanda ölkənin digər bir sıra sənaye sahələrinə aiddir. Dəmir filizi müqavilələri 8% düşüb, fevralı 10-dək bütün istehsal prosesləri dayandırılıb.