2 C
Baku
Saturday, December 14, 2024

Parentifikasiya nədir?

Parentifikasiya uşaqların və valideynlərin, sanki bir – birilərinin yerlərini dəyişməsi deməkdir. Uşaq özü də bunu istəmədən və anlamadan böyüklərin mövqeyini tutur və yaşına görə qeyri-adi problemləri həll etmək məcburiyyətində qalır.

Bununla belə, parentifikasiya sadəcə valideynin öz rolunu yerinə yetirməməsi səbəbindən baş verə bilər. Belə ki, o, duyğularını necə ifadə edəcəyini bilmir və onları uşağa yansıdır. Sonra uşaq əvvəlcə böyüklərin sakitləşməsinə kömək etməyə, sonra isə özünə qulluq etməyə məcbur olur.

Parentifikasiya zamanı istər ana, istərsə də ata uşaqla bərabər hər şeyi müzakirə edir və ondan məsləhət istəyir. Baxmayaraq ki, övladı, yaşına görə bu barədə düşünə bilməz və düşünməməlidir.

Bir qayda olaraq, böyüklər ailə rollarında çaşqınlıq yaradır, psixoloji travmalarını, zehni və ya fiziki çatışmazlıqlarını kompensasiya etməyə çalışırlar. Uşaq məmnuniyyətlə dəyər verdiyi və sevdiyi rolu oynamağa başlayır, çünki şüuraltı olaraq onun üçün anasının gözləntilərini qarşılamaq yaşamaq məsələsədir.

Parentifikasiya hər zaman çox travmatikdir. Uşaqda həddindən artıq məsuliyyət səbəbindən narahatlıq, təşviş pozuntusu və depressiya yarana bilər. Uşaqlıqdakı sakitlikdən həzz almaq, dünyanı araşdırmaq, istəklərini həyata keçirməyi öyrənmək əvəzinə, uşaq böyük bir məsuliyyət yükü daşımaq məcburiyyətində qalır. Daim digər ailə üzvlərinin ehtiyaclarını birinci yerə qoyan və böyüklərin problemlərini həll edən uşaq uşaqlığın bütün üstünlüklərini itirir. Böyüdükcə həyatdan həzz almaq, özünü dərk etmək qabiliyyətini – istəklərini, duyğularını, ehtiyaclarını itirir. Valideyn infantil vəziyyətdə qalmaqla öz şəxsi problemlərinin öhdəsindən gəlməyi bacarmır. Beləliklə, onda hər hansı bir böhran vəziyyəti yarandıqda psixi problemlərin inkişafına səbəb olan ağır stress ilə üzləşir.

Valideynlərin mübahisələrinin şahidi və hətta mediator rolunu oynamaqdadır. Gələcəkdə bu tip uşaqlarda böyüdükdə özgüvən problemləri və şəxsi problemlər yarana bilər.

Bu vəziyyətdə olan övlad nə etməli?

Əvvəla, valideynlik travmasının onların həyatına hansı nəticələri gətirdiyini başa düşmək vacibdir.

Daim öz arzularını və ehtiyaclarını boğaraq ana və atanı sevindirməyə davam etməkdən danışırıqsa, o zaman şəxsi sərhədləri gücləndirmək, yox deməyi öyrənmək və günahkarlıq hissini buraxmaq lazımdır.

Bu məsələləri fərdi psixoterapiyada müzakirə etmək daha yaxşı olardı.

Psixoloq uşağa valideynləri ilə necə ünsiyyət qurmaq, şəxsi sərhədlərini necə nizamlamaq və onlar ilə necə rəftar etmək barəsində kömək edə bilər.

Nigar Cəbrayılova

Son xəbərlər
Digər xəbərlər