10 C
Baku
Thursday, December 12, 2024

Parlament Şimali Makedoniyada da buraxıldı

Şimali Makedoniya İclasının (birpalatalı parlament) tərkibi ölkədə aprelin 12-nə təyin edilmiş növbədənkənar seçkilər ərəfəsində buraxılıb.

Bu barədə yerli Sitel telekanalı məlumat verib.

Məlumata görə, 120 deputatdan 108-i ölkənin qanunverici orqanının ləğvi barədə qərarın lehinə səs verib.

Hazırda respublikada bu ilin yanvar ayının əvvəlində yaradılan texniki bir hökumət var. Nazirlər Kabineti erkən parlament seçkilərinin nəticələrindən sonra yeni Kabinetin tərkibinin formalaşmasına qədər 100 gün müddətində hakimiyyətdə olacaq.

©APA

Son xəbərlər
Digər xəbərlər