-1 C
Baku
Sunday, December 15, 2024

Parlamentdə hökumətin antiböhran planı açıqlandı

Milli Məclisin dünənki iclasında cari məsələlərlə bağlı çıxış edən deputatlar 21 dekabrda baş verən devalvasiya məsələsinə də toxunublar.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanda manatın devalvasiyasına vadar etdi. Onun sözlərinə görə, bununla bağlı Mərkəzi Bankla görüşlər keçirilib və bir neçə təkliflər irəli sürülüb. “Təklifimiz ondan ibarətdir ki, 10 min dollaradək kreditlər köhnə məzənnə ilə qaytarılsın. Xüsusilə də istehlak kreditləri götürmüş şəxslər bu məbləği ödəyə bilmirlər. Bundan başqa qorunan əmanətin maksimal məbləğinin 30 min manatdan 500 min manatadək artırılması yaxşı olar. Korporativ idarəetməsi yüksək olan banklarda isə bu limit aradan qaldırılmalıdır. Digər təklifimiz isə bankların öz aralarında danışaraq iri maliyyə bankları yaratması ilə bağlıdır ki, beləliklə faizlərin aşağı düşməsi mümkün ola bilər”. Deputat əlavə edib ki, Azərbaycanın idxalına ciddi nəzarət yaradılmalıdır. “Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb və uğurla çıxıb. Əhalini təmkinli olmağa çağırıram” .
23729
Deputat Zahid Oruc qeyd edib ki, hökumət manatın devalvasiyasından sonra yaranmış vəziyyətlə əlaqədar bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxmalı və artıq məmur yükündən xilas olmalıdır.
14741
Fazil Mustafa: “Qənaət birinci dövlətdən, yuxarı eşalondan başlanmalıdır”
 
Deputat Fazil Mustafa dedi ki, dünyada gedən proseslər təbii olaraq Azərbaycana da təsir göstərir. Ancaq on il ərzində gələn gəlirlərin xərclənməsində israfçılıq olduğu üçün belə vəziyyətlə üzləşmişik: “Hökumətin iqtisadçı komandasının nə qədər zəif və hazırlıqsız olmasını devalvasiya bir daha üzə çıxartdı. 21 fevral devalvasiyasında əhaliyə heç bir normal izahat verilmədi. Xatırlayıram, Milli Məclisdə Zahid Oruc sinəsini qabağa verib, bunun haqlı qərar olduğunu sübut etməyə çalışdı. Bu gün yoxsul-varlı təbəqənin olmasından asılı olmayaraq, hamı 50 faiz yoxsullaşdı. Bu gün konkret deyilmir ki, inhisarçılıq ləğv olunacaqmı? “Naxçıvanbank”da 1 milyon dollar kredit köhnə kursla hesablanır. Ancaq Mərkəzi Bank ölkə üzrə bunu tətbiq etməyi mümkün saymır. Bu gün sahibkarları günahkar çıxartmaq olmaz. “Sədərək”də, “Binə”də çarəsiz qalan vətəndaşların taleyini düşünərək addımlar atılmalıdır. Müəyyən islahatlar həyata keçirilməlidir, qənaət birinci dövlətdən, yuxarı eşalondan başlanmalıdır ki, aşağılar da bu rejimə öyrəşə bilsin” – deyə deputat bildirdi.
Deputat Tahir Rzayev ali təhsil müəssisələrində təhsil haqqının yüksək olduğunu bildirib. Onun sözlərinə görə, birinci kursda oxuyanlardan illik təhsil haqqının birdəfəlik ödənilməsi istənilir:  “Bu səbəbdən tələb edilən məbləği ödəyə bilməyib təhsillərini davam etdirə bilməyənlər olub. İndi isə imtahan sessiyası başlayıb və məcbur edirlər ki, bu vəsait ödənilsin. Amma valideynlər təhsil haqqını birdəfəlik ödəyə bilmir, dərs ili boyunca ödəmək istəyirlər. Rektorların bəziləri bununla razılaşmırlar. Cənab sədr, siz öz səlahiyyətlərinizdən istifadə edərək tapşırıq verin ki, təhsilhaqqı ilin axırına qədər yavaş-yavaş ödənilsin”.
22277
Əli Məsimli: “Tədbir görülməsə bayram günlərində “qara bazar” formalaşacaq”
 
Deputat Əli Məsimli hökuməti təcili tədbirlər görməyə, xüsusən bayram günləri ehtiyatlı olmağa çağırıb. O qeyd edib ki, əks halda “qara bazar” formalaşacaq: “50 faiz devalvasiya olubsa, bu ağırlığı tam olaraq əhalinin üzərinə atmaq düzgün deyil. Ya əhaliyə möhlət verilməsi, ya faizlərin aşağı salınması, ya köhnə qiymətlərin tətbiqi həyata keçirilməlidir. Xüsusən aşağı və orta təbəqənin əmək haqları və təqaüdləri müvafiq olaraq qaldırılmalıdır. Neftin 25-30 dollar olmasına da hazır olmalıyıq, hökumət qabaqlayıcı tədbirlər görməlidir. İnhisarçılıq, məmur özbaşınalığı və korrupsiyanı aradan qaldırmaq şərtilə sahibkarlığın inkişafına geniş meydan versək, bir müddət sonra ölkə yenə sabit yolu ilə həyatına davam edəcək”.
14753
Qüdrət Həsənquliyev: “Təəssüf ki, indiki iqtidar Elman Rütəmovu AXC-nin uğursuz bir kadrı  kimi uzun illər bu postda saxladı”
Deputat Qüdrət Həsənquliyev isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun hələ də vəzifədə saxlanılmasına etiraz edib.
“Naxçıvan bank gözəl qərar qəbul etdi. Orada əhali borcları köhnə məzənnə ilə ödəyir. Milli Məclis də bu istiqamətdə banklara təkliflər verməli idi. Banklar imkanları daxilində heç olmazsa Qarabağ əlillərinə, şəhid ailələrinə və bu kimi digər insanlara müxtəlif güzəştlər tətbiq etməli, onların borclarını köhnə məzənnə ilə qaytarmalarına yardımçı olmalıdır. Banklar indiyədək dünyanın heç yerində olmayan yüksək faizlərlə kredit veriblər, indi bunların bir qismini əhaliyə qaytarsınlar. Onların hərəsi Naxçıvandakı kimi 370 nəfərə kömək edərsə, görün nə qədər narazılıq aradan qalxar. Təbii ki, bunlar məcburiyyətlə olmur, banklar öz imkanları daxilində bu məsələlərə baxmalıdır. Bankların öz imkanları daxilində güzəştlər tətbiq etməsinin Elman Rüstəmovu niyə narahat etdiyini başa düşə bilmirəm. Təəssüf ki, indiki iqtidar Elman Rütəmovu AXC-nin uğursuz bir kadrı kimi uzun illər bu postda saxladı”.
32961
Spiker Oqtay Əsədov deputata etiraz edib. “Xahiş edirəm ki, konkret şəxslər haqqında danışmayaq. AXC-nin nə dəxli var, o zaman AXC-dən olanları deputat da seçməyək? Naxçıvanda əhalinin borcu az idi. Azərbaycanda bunu bir qrup insana tətbiq etsək, digər qrup narazı qalacaq. Hökumət tapşırıq verib, konkret təkliflər hazırlanır”.
“Mərkəzi Bank 2 milyardı xərcləsin, bu problem birdəfəlik həll olunsun”
 
Deputat Fərəc Quliyev isə parlamentdə həftədə bir dəfə iclas keçirilməsi təklifi ilə çıxış edib. Onun fikrincə, burada müvafiq qurumların dinləmələri keçirilməli və televiziya vasitəsilə məlumatlar insanlara çatdırılmalıdır.
Siyavuş Novruzov isə deyib ki, Azərbaycanın neft pullarından ən gözəl formada istifadə edən ölkələrdən biridir. “Biz də Liviya kimi Neft Fonduna yığsaydıq, başqa-başqa ölkələr yığıb aparardılar”. O da dedi ki, Mərkəzi Bank vətəndaşların kreditləri ilə bağlı sıfırdan başlamalıdır: “Kifayət qədər gəlirlər götürüblər, gətirib ortaya qoysunlar, birdəfəlik bu məsələ qurtarsın. Hər ay 2 milyard manat xərclənib. Qoy, Mərkəzi Bank 2 milyardı xərcləsin, bu problem birdəfəlik həll olunsun”.
Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində bununla bağlı tədbirlər planı açıqlanacaq: “Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək”. O. Əsədov bankların kreditlə bağlı probleminə də toxunub: “Bu məsələ planlı şəkildə həyata keçirilməlidir. 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.
Bizimyol
Son xəbərlər
Digər xəbərlər