“Milli Məclisin yaz sessiyası çərçivəsində 13 plenar iclas keçirilib, 70 qanun və qərar qəbul edilib”.
Banker.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, Milli Məclis yaz sessiyasının iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının və digər qurumların hesabatı, məruzə və məlumatları da dinlənilib: “Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində tədbirlər görülüb”.