7 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank” 2021-ci ildə səhmdarlarına divident ödəyib – Kim nə qədər ala bilər?

“PAŞA Bank” ASC öz səhmdarlarına 2021-ci ildə 50.38 milyon manat dividend ödəyib.

Bu barədə Banker.az Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Bank divident ödədikdən sonra bölüşdürülməmiş mənfəətin həcmi 183.91 milyon manat təşkil edib. Bu mənfəətin 93.73 milyon manatı 2021-ci ildən əvvəlki, 90.18 mln. manatı isə 2021-ci ildə əldə edilmiş xalis mənfəətdir.

“PAŞA Bank” ASC-nin 354.51 mln. manat səhm kapitalı vardır. Bu kapitalın da 56.8%-i “PASHA Holding”, 28.2% -i “Ador” Şirkəti, 10.0% – Arif Paşayev və 5.0%-i isə Mir Camal Paşayevə məxsusdur.

Səhmdar Payları Dividend bölgüsü, min manat
PAŞA HOLDİNQ 57%   28 616
ADORE ŞİRKƏTİ 28%   14 207
ARİF PAŞAYEV 10%    5 038
Mir CAMALPAŞAYEV 5%    2 519

 

Son xəbərlər
Digər xəbərlər