6 C
Baku
Şənbə, Yanvar 22, 2022

“PAŞA Bank” aqrar şirkəti və onun Müşahidə Şurasını məhkəməyə verib

Azərbaycanın ikinci ən böyük bankı “PAŞA Bank” ASC aqrar sənaye kompleksini və onun rəhbərini məhkəməyə verir.

Məhkəməyə verilən isə kənd təsərrüfatı və istehsalat sahələri üzrə ixtisaslaşmış “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC və onun Müşahidə Şurası sədri Orucov Rəsul Qardaşxan oğludur.

Banker.az xəbər verir ki, kommersiya bankı bununla bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciət edib.

Kommersiya məhkəməsi işinin mahiyyəti kredit müqaviləsi üzrə öhdəliklə bağlıdır.

aistafa agro park
Ağstafa Aqropark

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC 2010-cu ildə yaradılıb, şirkətin 16 176 000 manat nizamnamə kapitalı var. Ağstafa Aqroparkın ümumi ərazisi 20 hektar təşkil edir. Ötən il dövlət başçısının həmin aqroparkın açılışı zamanı işitakında bildirilmişdi ki, aqroparkın ərazinin 10 hektarında artıq inşaat işləri başa çatdırıldığı, növbəti 6 hektarda isə tikilməkdədir.

Şirkətin direktoru isə Rəsul Orucovun oğlu Anar Orucovdur.

 

 

Son xəbərlər
Oxşar xəbərlər