16 C
Baku
Thursday, May 2, 2024

PAŞA Bank deyir ki, AMB-nin faiz artımı bazarda “hiss edilir”

Sərt monetar siyasətin – uçot faiz dərəcəsinin artırılması hazırda Azərbaycanda bank sektoruna təsiri var.

Bunu bu gün Banker.az-ın sorğusuna cavab olaraq “PAŞA Bank” ASC-nin press-konfransında İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev deyir. Sual cari durumda Mərkəzi Bank tərəfindən anti-inflyasiya tədbiri olaraq aparılan sərt monetar siyasətin bazarda [kredit və depozit faizlərində] hansı dərəcədə hiss olunması ilə bağlı idi.

“Hazırda uçot faiz dərəcəsi artırılmaqla 8.00%-ə qaldırılıb. Faizin aşağı həddi 5.00%, yuxarı həddi isə 9.25%-dir. Bu iki istiqamətdə təsirlər var. Birinci monetar siyasəti idarə etmək məqsədi ilə, əsasən, banklardakı izafi likvidliyi nəzarətdə saxlamaq üçün ən təsirli vasitələrdən biridir. Bildiyiniz kimi, Mərkəzi Bank bunun vasitəsi ilə son günlərdə not hərracı keçirir və həftəyə 120 mln. manatlıq not buraxılır ki, bunun da bazara birbaşa təsiri var”.

O, həmçinin, bunun cəlb edilmiş faizlərə də təsirinin olduğunu bildirir – daha çox da pərakəndə bazara.

“Çünki, vətəndaş bunu görür, izləyir, faizləri bilir. Ortalama 8% dərəcə olduğunu bilirsə, bu faizdə də müddətli depozitlər yerləşdirəcək”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov son mətbuat konfransında uçot faiz dərəcəsinin tarixdə ilk dəfə bazara təsirinin olduğunu demişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər