Ölkənin aparıcı korporativ bankı PAŞA Bank “BakuTel Tech Talks” Beynəlxalq Müzakirə Platformasının “İKT sahəsində qadınlar” sessiyasının sponsoru qismində çıxış etmişdir. Tədbirdə PAŞA Bankı bankın Rəqəmsal məhsullar üzrə rəhbəri Səbinə Qurbanova təmsil etmişdir.
Konfransın iştirakçıları İKT sahəsində genderlər-arası fərqin azaldılması, qadınların texniki bacarıqlarının inkişaf etdirilməsi, zərif cinsin nümayəndələrinin peşəkar inkişafına dəstək və motivasiyasının artırılması və başqa aktual məsələlərə toxunub. “İKT sahəsində qadınlar” sessiyası çərçivəsində çıxış edən ekspertlər həm yerli, həm də beynəlxalq İT bazarında uğurlu karyera quran xanım mütəxəssislərin təcrübələrini müzakirə edib.
Qeyd edək ki, “Bakutel Tech Talks” Beynəlxalq müzakirə platforması 25-ci Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi çərçivəsində keçirilib.