PAŞA Bank İstanbulun mərkəzidə Baş ofis üçün bina satın alıb.
Azərbaycanın PAŞA Bankı Türkiyədə törəməsi üçün (Baş ofis binası olaraq istifadə etmək üçün) İstanbulda 6 mərtəbəli, 22 min kvadratmetrlik bina satın alıb.
Açıqlama verən bank, yeni ofisinə 2019-cu ildə köçməyi planlaşdırır.
Bina 252 milyon 654 min 500 Türk Lirəsinə (90 milyon 400 min manat) nağd alınıb. Satınalama 18 İyun 2018-ci ildə başa çatdırılıb.
“PAŞA Bank Türkiyə”nin Baş direktoru H. Cenk Eynehan; “Yaxın dövrdə “PAŞA Holdinq”in birbaşa investisiyası ilə sərmayəmizi 500 milyon TL-yə qaldırmışıq. Bütün bu addımlar, baş sərmayəçilərimiz PAŞA Bank, PAŞA Holding-n və Azərbaycanlı investorların ölkəmizə və iqtisadiyyatımıza göstərdiyi etimadın bariz göstəricisidir”,- deyib.
©Marja.az