14 C
Baku
Tuesday, April 16, 2024

PAŞA Bank rəsmi veb-saytın yeni versiyasını işə saldı

Veb-saytın yeni versiyası müştərilərlə əlaqənin güclü aləti qismində çıxış edir və PAŞA Bank tərəfindən təklif olunan bütün məhsul və xidmətlər üzrə dolğun informasiyanı təqdim edir, Azərbaycanın son illər ərzində makroiqtisadi və maliyyə göstəricilərini, ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə statistik məlumatları və müştərilərə və investorlara tələb olunan digər informasiyanı əks etdirir. 

Əvvəl də olduğu kimi, Bankın yeni müştəriləri saytda “İnternet bank” xidmətindən yararlana, son yeniliklərlə və PAŞA Bankın maliyyə göstəriciləri ilə, cari tarix olan valyuta məzənnələri ilə və sair məlumatlarla tanış ola bilərlər. Rahat mobil versiya həmçinin, qonaqlara mobil qurğular vasitəsilə yeni saytın üstünlüklərindən yararlanmaq imkanını verir.

Son xəbərlər
Digər xəbərlər