Təkmilləşdirilmiş bölmədə Bankın mövcud və potensial müştəriləri Kiçik və orta sahibkarlara təklif edilən məhsul/xidmətlərin şərtləri ilə tanış ola, məhsul/xidmət üçün müraciət edə və ya onları maraqlandıran sualları soruşa bilər.
Öncə də olduğu kimi, Bankın mövcud və yeni müştəriləri saytda “İnternet bank” xidmətindən yararlana, son yeniliklərlə və PAŞA Bankın maliyyə göstəriciləri ilə, cari tarixə olan valyuta məzənnələri ilə və sair məlumatlarla tanış ola bilərlər. Rahat mobil versiya həmçinin istifadəçilərə mobil cihazlar vasitəsilə yeni bölməsinin üstünlüklərindən yararlanmaq imkanı verir.
Yenilənmiş səhifəsi ilə keçiddən tanış ola bilərsiniz.