5 C
Baku
Saturday, December 14, 2024

PAŞA Bank “Scale Up” akselerator proqramını dəstəkləyir®

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank 2018-2020 İnkişaf Strategiyasının hədəflərinə uyğun olaraq sahibkarlığın inkişafına dəstək verəcək bir çox layihələrdə təşkilatçı və ya sponsor qismində fəal iştirak edir. Bu layihələrdən biri qadın sahibkarlar üçün xüsusi olaraq hazırlanmış “Scale Up” akselerator proqramıdır.

Qadın sahibkarlar üçün nəzərdə tutulmuş “Scale Up” akselerator proqramı “Azərbaycan işgüzar qadınları” təşkilatının təşəbbüsü və PAŞA Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə ərsəyə gəlib.

Proqramın əsas missiyası qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafını sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərmək və uyğun şərait yaratmaqdır. Səkkiz həftə davam edəcək “Scale Up” akselerator proqramı çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər.

13 dekabr 2019-cu il tarixində “JW Marriott Absheron” otelində keçirilən proqramın rəsmi təqdimat mərasiminə qatılan PAŞA Bankın İdarə heyətinin üzvü Xəyalə Nağıyeva, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, “PwC Azerbaijan” şirkətinin ölkə üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev dəyərli fikir və tövsiyələrini iştirakçılarla bölüşdülər.

Qeyd olunmalıdır ki, proqrama müraciət üçün onlayn qeydiyyat www.abw.az saytı üzərindən 28 dekabr 2019-cu il tarixinədək davam edəcək. Seçilmiş namizədlər 8 həftə davam edəcək proqramda iştirak etmək hüququnu qazanacaqlar.

Son xəbərlər
Digər xəbərlər