9 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank” tərəfindən “Call of Data Workshop”u təşkil olunub

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən “Call of Data Workshop”u keçirilib. 16-17 iyun tarixlərində baş tutan bu tədbirə 100-ə yaxın iştirakçı qatılıb.

Tədbiri maraqlı edən cəhət iştirakçılara praktiki məlumatların təqdim edilməsi olub. Belə ki, “PAŞA Bank”ın Data elmi şöbəsinin rəhbəri İlker Kurtuluş və xaricdən dəvət olunmuş ekspertlər Ezgi Avcı və Mehmet Emre Yazgan öz təcrübələrindən maraqlı məqamlar səsləndirib.

“Data elmi: nəzəriyyədən tətbiqə” mövzusunda çıxış edən İlker kurtuluş bildirib:

“Məlumatların transformasiyası bütün sahələr, xüsusən də maliyyə təşkilatları üçün qaçılmazdır. Bu transformasiyada 3 əsas istiqaməti effektiv şəkildə birləşdirdikdə, uğur qazanmaq mümkündür. Bu istiqamətlər səmərəli məlumat strukturları, məlumat elmi və biznes strategiyasıdır”.

İnteraktiv şəkildə keçən görüşdə iştirakçılar onları maraqlandıran suallara cavab da tapa bilib.

Xatırladaq ki, “PAŞA Bank”, ölkənin İT sahəsinin inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirib. “Rəqəmsal Zirvələr” konfransı, “DevOpsdays” və “Tech Talks” tədbirləri, ənənəvi olaraq keçirilən “PASHA Bank Cup” müsabiqəsi bu istiqamətdə keçirilən tədbirlər sırasındadır.

Son xəbərlər
Digər xəbərlər