-1 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank” və “PwC” Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə konfrans keçirilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun dəstəkçisi  “PAŞA Bank”, “PwC” Azərbaycan şirkəti ilə birgə “Qeyri-müəyyən zamanlarda gələcəyə uyğunlaşma” mövzusuna dair konfrans təşkil edib. May ayının 24-də onlayn formatda baş tutan tədbirdə maliyyə və bankçılıq sahəsindəki ən son trendlər, rəqəmsallaşma tələbatı, texnologiyaların transformasiyası və gələcəyin aktual çağırışları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov, ötən ilin gətirdiyi sınaqlardan və çağırışlardan danışıb.

O, qeyd edib ki, yalnız müştəri təcrübəsinə sərmayə yatıran və onların ehtiyaclarını düzgün şəkildə müəyyənləşdirən, dəyişikliklərə anında uyğunlaşan və çevik qərar qəbuletmə bacarığına malik olan şirkətlər gözlənilməz gedişatlarda belə uğur qazana bilər.

“Belə bir dönəmlərdə maliyyə qurumlarının üzərinə daha çox məsuliyyət düşür. Biz, bütün gedişatlara hazır olmalı, mümkün riskləri düzgün şəkildə və zamanında dəyərləndirməli, onların qarşısını almalıyıq. Zamanın nəbzini tutmaq da çox vacibdir. Müştərilərin istəklərini və ehtiyaclarını düzgün müəyyənləşdirmək, bazara ən keyfiyyətli və innovativ məhsul təqdim etmək sabahın deyil, bu günün öhdəliyidir”, – deyə Taleh Kazımov bildirib.

“PwC” Azərbaycan şirkətinin İdarəedici partnyoru Mövlan Paşayev qeyri-müəyyən zamanların trendlərindən və transformasiyadan danışarkən texnologiyanın geniş təbiəti, fərdlərə, cəmiyyətə və iqlimə təsiri kimi mühüm məqamlara da toxunub. Həmçinin cənab Paşayev “PwC” Azərbaycanın “IV CEO sorğusu”nun nəticələri barəsində müzakirələr aparıb.

Tədbir, hər iki qurumun məruzəçilərinin çıxışından sonra sürətlə dəyişən istehlakçı gözləntilərinə uyğunlaşmaq üçün innovativ strategiyaların tətbiqi, gələcəyin bankları, inkişaf etməkdə olan texnologiyalar və müştərilərlə bankların qarşılıqlı əlaqəsi mövzuları ətrafında panel müzakirələri ilə davam edib.

Son xəbərlər
Digər xəbərlər