10 C
Baku
Wednesday, December 11, 2024

“PAŞA Bank” yenidən ölkənin “ən yaxşı” bankı seçilib

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank keçən il olduğu kimi bu il də “Global Finance” işgüzar nəşri tərəfindən təsis olunan “World’s Best Bank Awards 2018” çərçivəsində “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olundu. Mükafat PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımova jurnalın satış üzrə icraçı nümayəndəsi Magdalena Georgieva tərəfindən təqdim olundu. Görüş əsnasında T.Kazımov Bankın yenidən bu mükafata layiq görülməsinin qürurverici olduğunu qeyd edib.

“Global Finance” jurnalı 1987-ci ildən dərc olunur və hazırda dünyanın 188 ölkəsində oxucusu var. Jurnalda dünyada baş verən ən mühüm maliyyə hadisələri təhlil edilir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. regionlarda aparılan bank tədqiqatları öz əksini tapır.

Son xəbərlər
Digər xəbərlər