26 C
Baku
Saturday, July 27, 2024

“PAŞA Bank”a yeni direktor təyin edilib

ABB-dən yenicə ayrılmış Zara İbrahimzadənin yeni iş yeri məlum olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Z.İbrahimzadə “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru təyin edilib.

O, ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilmişdi və 2023-cü ilin yanvarından ayrıldığını elan edib.

ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.

Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.

 

Son xəbərlər
Digər xəbərlər