Kampaniya çərçivəsində hədiyyə olaraq təklif edilən PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartı vasitəsilə biznes xərclərini ödəyərək millər qazanmaq və qazanılmış milləri 120-dən çox ölkəyə səyahət biletinə dəyişmək mümkündür. Kart müştəriyə təqdim edildikdə 500 “Welcome” milləri dərhal balansa yüklənir. Bundan əlavə, kartın balansını artırmaq və digər PAŞA Bank Miles&Smiles kartları ilə köçürmələr etmək üçün komissiya tələb olunmur.

Kampaniya üzrə təklif edilən digər hədiyyə, sığorta paketləriniistəyə görə yük sığortası, əmlak sığortası (birdəfəlik 10.000 AZN-dək) və ya əlavə məsuliyyət sığortası olaraq seçmək mümkündür.

Qeyd edək ki, Onlayn biznes krediti biznesinizi genişləndirmək və ya cari biznes xərclərini qarşılamaq mümkündür. 250 000 AZN-dək biznes kreditini əldə etmək üçün Banka getməyə ehtiyac yoxdur. Onlayn müraciət edərək biznes kreditini girovsuz və növbə gözləmədən əldə etmək mümkündür. Kredit üzrə qərar hesab açmadan və qəliz maliyyə hesabatları tələb olunmadan cəmi 2 iş günü ərzində bildirilir. Kredit, müştəri Bankın təklifini qəbul etdiyi gün onlayn olaraq rəsmiləşdirilir.

Daha ətraflı məlumat və müraciət üçün link: