16 C
Baku
Friday, April 26, 2024

“PAŞA Bank”ın aktivlərinin həcmi 6 milyard manata doğru

“PAŞA Bank” ASC-nin müştərilərə verdiyi kredit portfelinin həcmi rekord yeniləməklə 2.2 milyard manata, cəmi aktivlərinin həcmi isə 5.67 milyard manata yetib.

Banker.az bu barədə bankın 1 aprel 2021-ci il tarixinə təqdim etdiyi maliyyə hesabatına istinad edir.

Bankın aktivlərinin həcmi 5 milyard 669 milyard manat təşkil edib, bu da ilin əvvəli ilə müqayisədə 909 milyard, yaxud 19% yüksəlmə deməkdir.

Aktivlərinin 126.73 milyon manatı nağd vəsaitlər, 380.45 milyon manatı Mərkəzi Bankdakı müxbir hesabı, 307.51 milyon manatı “nostro” hesablar, 366.69 milyon manatı banklararası bazarın qısamüddətli maliyyə alətləri, 332.13 milyon manatı banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, 1 milyard 618.41 milyon manatı qiymətli kağızlar, 14.89 milyon manatı əmlakı və 2 milyard 196.62 milyon manatı isə müştərilərə verdiyi kreditlər olmuşdur.

Kredit portfelinin həcmi son bir il ərzində 337.3 milyon manat, yaxud 18% artmışdır.

42342423424534

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər