7 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın baş sponsorluğu və ADA Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə “Virtual karyera sərgisi” keçirilib. 15-16 aprel tarixlərini əhatə edən bu sərgi, “Karyera hazırlığı həftəsi”nin sonuncu tədbiri olub.

“İstedadlarla karyera yolları arasında körpü” şüarı altında baş tutan sərgidə maliyyə və bankçılıq, audit və konsaltinq, informasiya və telekommunikasiya, təhsil və turizm sahələrində, istehlak və xidmət sektorunda, eləcə də  qida sənayesində fəaliyyət göstərən 70 yerli və xarici müəssisə, şirkət, beynəlxalq təşkilat, dövlət qurumu və nazirliklər iştirak edib. Tədbirə qatılan 600-dən çox tələbə və məzuna vakansiya, təcrübə və digər karyera imkanları barədə məlumat təqdim olunub.

Aprel ayının 15-i “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov “Virtual karyera sərgisi” çərçivəsində tələbə və məzunlarla görüşüb.

Öz uğur hekayəsi ilə bölüşən Taleh Kazımov, səmərəli karyera qurmağın yollarından danışıb. “Öz potensialınıza inanın və risk etməkdən qorxmayın. Çağırışlardan çəkinməyin, onları yeni bir imkan kimi dəyərləndirin. Daima bilik və bacarıqlarınızı təkmilləşdirin. Yalnız belə olan halda, uğur qazanmaq, cəmiyyətə töhfə vermək mümkündür.”, – deyə Taleh Kazımov bildirib.

_I6A9762.jpg (25.37 MB)

Xatırladaq ki, PAŞA Bankın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın İdarə Heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, o cümlədən hakatonlar və məlumat sessiyaları də təşkil olunub.

Son xəbərlər
Digər xəbərlər