12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“PAŞA Bank”ın Müşahidə Şurasına yeni sədr təyin olunub

“PAŞA Bank” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.

Bu vəzifəyə Mir Camal Paşayev təyin olunub.

Ondan öncə bu vəzifəni Ağa-Əli Kamalov tutub.

Qeyd edək ki, 2007-ci ilin may ayından “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.

2013-cü ilin iyun ayının 7-də “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında Bankın Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib. Mir Camal Paşayev adıçəkilən bankın Müşahidə Şurasının yeni sədri seçilib. Bu ilin iyunun 7-də isə onu bu vəzifədə “Unibank” ASC-nin sabiq icraçı direktoru Cəlal Qasımov əvəzləyib.

Xatırladaq ki, iyunun 29-da Müşahidə Şurasının qərarı ilə “PAŞA Bank”ın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov gətirilib.

Xatırladaq ki, bu təyinatdan əvvəl “PAŞA Bank”a Fərid Axundov rəhbərlik edib. F. Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam edəcək.

T. Kazımov yeni vəzifəsinin icrasına cari ilin iyulun 1-dən başlayıb.

“PAŞA Bank” ASC-nin İdarə Heyətinə iki yeni üzv təyin olunub.

Bununla yanaşı, İdarə Heyətinə yeni üzvlər təyin olunub. İdarə Heyətinin yeni üzvləri Şirin Əliyeva və Aydın Atakişiyevdir. Eyni zamanda, Ş. Əliyeva Baş hüquq inzibatçısı, A. Atakişiyev isə baş strategiya inzibatçısı vəzifələrini tutacaqlar.

Onların hər ikisi öz yeni vəzifələrinə 22 may 2015-ci il tarixindən etibarən təyin olunublar.

APA

Son xəbərlər
Oxşar xəbərlər
X