11 C
Baku
Wednesday, December 11, 2024

“PAŞA Bank”ın tərəfdaşlığı ilə ikinci “YAŞAT” düşərgəsi təşkil olunub

®Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”ın tərəfdaşlığı ilə ikinci “YAŞAT” düşərgəsi təşkil olunub. 4 iyul tarixindən etibarən “YAŞAT” Fondu və “ASAN Könüllüləri” tərəfindən şəhid övladları üçün keçirilən düşərgədə 300-dən çox uşağın iştirak edəcəyi gözlənilir. Avqust ayının sonunadək davam edəcək düşərgə çərçivəsində əyləncə saatları, maarifləndirici təlimlər, teatrlar, müxtəlif sahələrdə çalışan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər və ekskursiyalar keçirilir.

Düşərgə boyunca psixoloqlar tərəfindən konsultasiyaların, fərdi və kollektiv görüşlərin də keçirilməsi nəzərdə tutulub. Konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilərək düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

İyul ayının 29-u “PAŞA Bank” əməkdaşlarının düşərgəyə səfəri baş tutub. Onlar uşaqlara hədiyyələr və sertifikatlar təqdim ediblər.

Məlumat üçün bildirək ki, bu düşərgələrin təşkil olunmasında əsas məqsəd uşaqların intellektual inkişafına, yeni biliklər və bacarıqlar qazanmasına töhfə vermək, eləcə də istirahətlərini səmərəli şəkildə təşkil etməkdir.

Xatırladaq ki, “PAŞA Bank”, ötən ildə keçirilən “YAŞAT” düşərgəsinin tərəfdaşlarından olub.

Son xəbərlər
Digər xəbərlər