10 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank”ın tərəfdaşlığı ilə keçirilən “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsi başa çatıb

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” Azərbaycanda növbəti dəfə keçirilən “Best Managed Companies” müsabiqəsinin tərəfdaşı olub.

İyun ayının 7-də baş tutan bağlanış mərasimində müsabiqə qaliblərinin adları açıqlanıb. Beləliklə də, Avrora, Metak, Norm Sement və Veysəloğlu Şirkətlər Qrupu müsabiqənin qalibi seçilərək qlobal biznes icmasının üzvünə çevrilmək imkanı qazanıblar.

Tədbirdə çıxış edən “PAŞA Bank”ın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev layihənin əhəmiyyətindən danışarkən bildirib: ”Deloitte” Azərbaycan şirkəti və digər tərəfdaşlarımızla əməkdaşlıqda həyata keçirilən bu unikal platforma vasitəsilə biznes fəaliyyətləri ilə seçilən yerli şirkətləri fərqləndirə, onlarla öz təcrübəmizi və tövsiyələrimizi bölüşə bildik. İnanıram ki, iştirakçılar bu təcrübəni fəaliyyətlərini daha da genişləndirməyə, mövqelərini möhkəmləndirməyə və yeni işgüzar əlaqələr qurmağa yönəldəcək”.

Qeyd edək ki, “Best Managed Companies” layihəsi çərçivəsində münsiflər heyəti şirkətləri strategiya, təşkilatın imkanları və innovasiyalar, korporativ idarəetmə və maliyyənin idarə edilməsi, korporativ mədəniyyət və məsuliyyət kimi 4 əsas meyar üzrə dəyərləndirib.

Məlumat üçün bildirək ki, “Best Managed Companies” layihəsi “Deloitte” şirkəti tərəfindən 30 il ərzində 46 ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. “PAŞA Bank” ölkəmizdə 2021-ci ildən etibarən “Deloitte” Azərbaycan şirkəti tərəfindən təşkilat edilən bu layihəyə tərəfdaşlıq edir.

best managed 3.jpg (926 KB)

Son xəbərlər
Digər xəbərlər