2026-cı ilin Mayın 25-də, saat 10:00-da “PAŞA Həyat Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməsi nəzərdə tutulmuşdur.
Banker.az xəbər verir ki, yığıncaq “PAŞA Həyat Sığorta” ASC-nin inzibati binasında baş tutacaqdır.
Yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
“PAŞA Həyat”-ın yeganə səhmdarı “PAŞA Holdinq” MMC-dir.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC-nin 2025-ci il üzrə xalis mənfəəti 53.38 mln. manat olub. 2025-ci ildə ümumi gəlirlər 696.07 mln. manata çatıb ki, bu da 2024-cü illə müqayisədə 20.3% artımı göstərir. Əsas əməliyyat gəlirləri 680.85 mln. manat olub və 2024-cü illə müqayisədə 14.2% artıb. İnvestisiya gəlirləri isə 50.83 mln. manat təşkil edərək illik artım 14.3% olub.







