26 C
Baku
Tuesday, April 30, 2024

“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır – FOTO

®“PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Ramazan Bayramı münasibəti ilə bayram sovqatları çatdırır.

2023-cü ildən etibarən PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Ramazan Bayramı münasibəti ilə təqdim edilən sovqatlar aprel ayının əvvəlindən Bravo supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib ki, hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.

2 scaled 3 scaled 4 scaled 5 scaled 6 scaled 7 scaled 8 scaled 9 scaled 10 scaled 11 scaled 1200X800

Son xəbərlər
 ⁠
Digər xəbərlər