7 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Holdinq” hotelçilik şirkətinə daha 1.5 milyon manat “maya qoyub”

“PAŞA Holdinq” MMC-yə məxsus “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 1,5 milyon manat və yaxud 19,1% artırılıb.

Şirkətin kapitalı 7,85 milyon manatdan 9,35 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Absheron Hotel Group” 2013-cü ildə yaradılıb. Şirkət adından da göründüyü kimi hotelçilik sahəsində fəaliyət göstərir, holdinqə məxsus hotel şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər