100 milyon dollar kapitalı olan şirkət ləğv edilir

“PASHA Holding”in 2018-ci ilin sentyabrında təsis edilmiş “Zetrix Azərbaycan” şirkəti ləğv edilir.

Kommersiya şəxslərin reyestrində “Zetrix Azerbaycan” MMC-nin ləğv prosesində olması göstərilir. “Zetrix Azərbaycan” MMC 2018-ci il sentyabrın 24-də 100 milyon 200 ABŞ dolları nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qeydiyyatı barədə məlumat noyabrın 14-də dərc edilib.

Şirkətin direktoru “PASHA Holding” MMC-nin direktor müavini və bu holdingin hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Vadim Şneyer idi.
“Zetrix Azərbaycan”ın yarandıqdan bir neçə ay sonra ləğv edilməsinin səbəbi məlum deyil.

“PASHA Holding” 2006-cı ildən fəaliyyət göstərir və maliyyə, sənaye, kənd təsərrüfatı, turizm, tikinti, əmlak, mehmanxana biznesində və s. fəaliyyət göstərən təxminən 100 şirkətini birləşdirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər