26 C
Baku
Saturday, July 27, 2024

“PAŞA Kapital İ.Ş.”nin rəhbərliyinə təyinat aldı – BANKDAN TRANSFER

Kapital bazarında ən böyük dövriyyənin iştirakçısı olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbərinə yeni müavin təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Ruslan Xəlilov, “PAŞA Kapital İ.Ş.”nin direktorunun müavini təyin edilib.

R.Xəlilov 2018-ci ilin sentyabrından bu günə qədər “PAŞA Bank”da İnvestisiya bankçılığı departamentinin  direktoru çalışırdı.

Hazırda investisiya şirkətinin direktoru isə Ceyhun Hacıyevdir.

Xatırladaq ki, “PAŞA Kapital İ.Ş.” 2012-ci ildə yaradılıb, 300 min manat nizamnamə kapitalına sahibdir. Yeganə səhmdarı “PAŞA Holdinq” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər