2 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Kapital” səhmlərin ticarətində 1-ci yeri tutub

2021-ci ilin 12 ayı ərzində korporativ istiqrazlar ilə aparılan əməliyyatın həcminə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “PSG Kapital İnvestisiya Şirkəti” QSC və “İnvest-Az İnvestisiya Şirkəti” QSC  öndə olublar.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir.

“PAŞA Kapital İnvestisiya Şirkəti” 534 milyon 414 min manat ticarət həcmilə 1-ci, “PSG Kapital İnvestisiya Şirkəti” 296 milyon 777 min manat ticarət həcmilə 2-ci, “İnvest-Az İnvestisiya Şirkəti” isə 283 milyon 279 min manat ticarət həcmilə 3-cü yeri tutub.

Səhmlər ilə ən çox əməliyyatlar “PAŞA Kapital İnvestisiya Şirkəti” (41 milyon 842 min manatlıq), “İnvest-Az İnvestisiya Şirkəti” (15 milyon 456 min manatlıq ) və “Unicapital ” İnvestisiya Şirkəti (13 milyon 61 min manatlıq) tərəfindən aparılıb.

Repo əməliyyatlarının dövriyyəsinə görə “PAŞA Kapital İnvestisiya Şirkəti” və “Unicapital İnvestisiya Şirkəti”  müvafiq olaraq 1-ci və 2-ci yeri tutublar.

Son xəbərlər
Digər xəbərlər