1 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Kapital”ın dövriyyəsi birjada ₼20 milyardı keçərək tarixi rekord yeniləyib

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2023-cü il üzrə tarixi rekord yeniləyib.

Banker.az bunu Bakı Fond Birjasına istinadən xəbər verir.

İnvestisiya şirkətl birja üzərindəki dövriyyələrinin həcmi illik müqayisədə 62 faiz artaraq 20 milyard 417 milyon manat olub.

İnvestisya şirkətinin birja üzərindən dövriyyəsi böyük həcmini repo əməliyyatlarının payına düşüb. Belə ki, ötən il 12 milyard 408 milyon manatlıq repo əməliyyatları aparıb. Öncəki ildə bu rəqəm 3 milyard 835 milyon manat idi.

“PAŞA Kapital” ötən il BFB-də 5 milyard 397 milyon manatlıq dövlət istiqrazları üzrə, 2 milyard 211 milyon manatlıq Mərkəzi Bankın notları üzrə 397 milyon manatlıq korporativ istiqrazlar və 2 milyon manat üzərində səhmlər üzrə dövriyyəsi olub.

Son xəbərlər
Digər xəbərlər