“PAŞA Management Company” adını dəyişir

“PAŞA Management Company” MMC adını dəyişir.

Banker.az xəbər verir ki, şirkət adını dəyişərək “PAŞA Ventures Company” MMC kimi fəaliyyət göstərəcək.

Yenilənmiş struktur çərçivəsində “PAŞA Ventures Company” MMC artıq bu şirkətin çətiri altında fəaliyyət göstərən aktivlərin idarə edilməsini həyata keçirəcək ki, bura Saffron Restaurant Group, Blue Planet pərakəndə satış şirkəti, Caspian Entertainment, eləcə də PAŞA Travel daxildir.

Bundan öncə “PAŞA Management Company” MMC tərəfindən idarə olunan PAŞA Real Estate, Bravo və Agro Dairy-nin idarəçiliyi isə birbaşa “PAŞA Holding” tərəfindən həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər