Minatəmizləmə Agentliyi publik hüquqi şəxs “PAŞA Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə işçilərin tibbi və fərdi qəza sığortası xidmətləri nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 117 596 manatdır.
Xatırladaq ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.