29 C
Baku
Friday, June 21, 2024

“PAŞA Sığorta” daşıyıcı şirkət olan “Çinar-Trans” ilə məhkəmə çəkişməsində

“PAŞA Sığorta” ASC “Çinar-Trans” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “PAŞA Sığorta” mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Çinar-Trans” MMC daşıyıcı şirkətdir, 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi İsmayıl Hüseynovdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər