26 C
Baku
Saturday, July 27, 2024

“PAŞA Sığorta” lizinq şirkətindən pulunu tələb edir

“PAŞA Sığorta” ASC Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətindən subroqasiya qaydasında borcun tutulmasına görə məhkəməyə müraciətindən qalib çıxıb.

Subroqasiya- sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir.

Banker.az xəbər verir ki, sığortaçı, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Union Lizinq” ASC şirkətindən qeyd edilən qaydada borc tələbi ilə çıxış edib. Məhkəmə də onun iddiasını təmin edir.

“Union Lizinq” ASC məhkəmənin qərarından razı qalmayaraq, apelyasiya məhkəməsinə müraciət edib.

Subroqasiyanın misalla izahı:

Məsələn, avtomobilini sığorta etdirmiş şəxs yol-nəqliyyat hadisəsinə məruz qalır və hadisənin iştirakçısı olan digər sürücünün təqsiri üzündən sığortalanmış avtomobilə 800 manat məbləğində zərər dəyir. Şəxs sığortaçıya müraciət edir və sığortaçıdan 800 manat sığorta ödənişi alır. Sığortaçı sığorta ödənişini verdikdən sonra ödədiyi məbləği yolnəqliyyat hadisəsində təqsirli olan sürücüdən tələb etmək hüququ əldə edir. Şəxsdən həmin təqsirli sürücüyə qarşı bu cür tələb irəli sürməsi hüququnun sığortaçıya keçməsi subroqasiya adlanır.

Son xəbərlər
Digər xəbərlər