19 C
Baku
Friday, May 3, 2024

“PAŞA Sığorta” ziyana görə yerli şirkəti məhkəməyə verdi

“PAŞA Sığorta” ASC  “PJA” MMC ilə bağlı məhkəməyə müraciət edib.

Banker.az xəbər verir ki, sığorta şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

Şirkətin müraciətindəki işin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsindən qaynaqlanır.

Digər cavabdeh isə Nəsirov Elxan Rauf oğludur. İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər