26 C
Baku
Saturday, July 27, 2024

“PAŞA Sığorta”nın mənfəəti azalıb, xərcləri artıb

“PAŞA Sığorta” 2020-ci ili  20 milyon 635 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ildə isə sığorta şirkətinin xalis mənfəəti 31 milyon 79 min manat olub.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu da illik müqayisədə 34% azalma deməkdir.

Ötən il “PAŞA Sığorta”nın gəlirləri 177.254 milyon manat (illik müqayisədə 17.2% çox), xərcləri 148.55 milyon manat (33.4% çox) olub. 2019-cu ildə isə “PAŞA Sığorta”nın gəlirləri 151.204 milyon manat, xərcləri 111.14 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Sığorta”nın aktivləri 223.558 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 26% artaraq 146.903 milyon manata, cəmi kapitalı isə 9.4% azalaraq 76.655 milyon manata çatıb.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər