16 C
Baku
Thursday, April 18, 2024

“PAŞA Sığorta”nın maliyyə durumu bəlli oldu

“PAŞA Sığorta” ASC 2021-ci ili 24 milyon 634 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə isə sığorta şirkətinin mənfəəti 20 milyon 690 min manat olub ki, bu illik müqayisədə 19% çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ ARTIB

Ötən il “PAŞA Sığorta”nın gəlirləri 190 milyon 448 min manat (illik müqayisədə 7.4% çox), xərcləri 160 milyon 247 min manat (8.2% çox), mənfəət vergisi ödəmələri isə 5 milyon 567 min manat (35% az) təşkil edib.

AKTİVLƏRİ ARTIB

Bu il yanvarın 1-nə “PAŞA Sığorta”nın aktivləri 238 milyon 828 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11.2% artaraq 163 milyon 300 min manata çatıb, balans kapitalı isə 1.5% azalaraq 75 milyon 528 min manata düşüb.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər