10 C
Baku
Friday, December 13, 2024

“PAŞA Sığorta”ya yeni təyinat olub

PAŞA Sığorta şirkətində yeni təyinat olub.

Banker.az xəbər verir ki, Nuranə Teymurova “PAŞA Sığorta”nın Rəqəmsal və Pərakəndə Biznes Blokunun rəhbəri təyin edilib.

Nuranə Teymurova 2015-2020-ci illər PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2020-ci ildən etibarən PAŞA Sığortanın Agile İdarəetməsinə keçid prosesində iştirak edib, 2021-ci ildə şirkətin Agile Transformasiyası Ofisinin rəhbəri vəzifəsinə yüksəlib. Nuranə Teymurova şirkətin Agile Transformasiyasına rəhbərlik etmiş və yeni təşkilati modelin qurulmasında, Avto və Əmlak Sığortası Blokunun, Tibbi Sığorta və Rəqəmsal Blokun yaradılmasında iştirak edib.

“PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər