Banker.azın verdiyi məlumata görə, PaşaBankın Gürcüstan törəməsi 3-cü kvartalda laridə olan aktivlərində zərər edib. Zərərin həcmi təxminən 770 000 lariyə bərabərdir.
Lakin bankın riskləri idarə edilməsi baxımdan aktivlərinin bir hissəsini xarici valyuta saxlaması , ona vəziyyətdən çıxmağa kömək edib. Belə ki, xarici valyutada olan aktivlərindən 3.6 mln. gəlir əldə edən PaşaBank Gürcüstan zərəri kompensasiya etdikdən sonra rübü 2.9 mln. lari gəlirlə başa vurub.
Qeyd edək ki, PaşaBank Gürcüstanın aktivlərinin həcmi 283 mln. lari, öhtəliklərinin həcmi isə 189 mln. lariyə bərabərdir.