-3 C
Baku
Sunday, December 15, 2024

“Pasha Holding”in hotel şirkətlərinin rəhbərliyi dəyişdi

“Abşeron Hotel Group”a və bir sıra digər hotel şirkətlərinə uzun müddət rəhbərlik etmiş Vüqar Rəhmətovu başqa şəxslər əvəz edib.

Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, “Abşeron Hotel Group” şirkətinin icraçı direktoru vəzifəsinə Corc Kobos təyin edilib. O, 2016-cu ildən “Pasha Holding”-in hotel qrupunda işləyir.

Səidə Baxşıyeva “Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli” və “Baku Boulevard Hotel Company”-nin direktoru təyin olunub. O, həmçinin “Abşeron Hotel Group”-un maliyyə direktorudur.

Qeyd edək ki, “Abşeron Hotel Group” 1-i Türkiyədə olmaqla, 9 oteldən ibarətdir.

© Banker.az

Son xəbərlər
Digər xəbərlər