8 C
Baku
Friday, December 13, 2024

Paşinyan: “Azərbaycanla dərhal sülh danışıqlarına başlanılmalıdır”

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O qeyd edib ki, dünyada və regionda vəziyyət gərgindir: “Biz də bu gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq. Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.

Baş nazir söyləyib ki, iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər