Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, dünyada Dağlıq Qarabağ münaqişəsi haqqında düşüncə dəyişib.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Bu müharibə dövründə dünyada Dağlıq Qarabağ münaqişəsi haqqında təsəvvür əhəmiyyətli dərəcədə dəyişib”, – deyə baş nazir soydaşlarına müraciətində bildirib.