2 C
Baku
Sunday, December 15, 2024

Paşinyan Ermənistanın Baş naziri vəzifəsinə namizəd irəli sürülüb

Nikol Paşinyan Ermənistanın Baş naziri vəzifəsinə namizəd irəli sürülüb.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin “Vətəndaş Müqaviləsi” partiyasının millət vəkili Nazeni Baqdasaryan açıqlama verib.

Qeyd edək ki, Ermənistan konstitusiyasına görə, ölkə prezidenti yeni seçilmiş Milli Məclisin səlahiyyət müddəti başladıqdan sonra parlamentin irəli sürdüyü namizədi Baş nazir vəzifəsinə təyin edir. Bununla yanaşı, qanunla bildirildiyi kimi, növbədənkənar seçkilərdə yeni seçilmiş Milli Məclisin səlahiyyət müddəti ilk iclasının açıldığı andan başlayır.

Kabinetin özü Baş nazir təyin edildikdən sonra on beş gün ərzində formalaşır. Növbəti mərhələdə hökumət başçısı 20 gün ərzində Nazirlər Kabinetinin proqramını Milli Məclisə təqdim edir.

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə 21 partiya və dörd blok iştirak edib, nəticədə “Vətəndaş Müqaviləsi” partiyası 53.91% qalib gəlib. MSK Paşinyanın rəhbərlik etdiyi partiyanın parlamentdə 71 mandat alacağını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər