10 C
Baku
Thursday, December 12, 2024

Paşinyan Putinlə görüş öncəsi Şarl Mişellə telefon danışığı aparıb

Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter”də bildirib.

“Brüsseldəki son müzakirələrimizin davamı olaraq Baş nazir Nikol Paşinyan ilə danışdım. Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün onun və digər göstərilən bütün səyləri tam dəstəkləyirik”, – Mişel qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Moskvaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Son xəbərlər
Digər xəbərlər