1 C
Baku
Saturday, December 14, 2024

Paşinyan Türkiyə ilə kommunikasiyadakı çətinlikləri aradan qaldırdıqlarını bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslarını vacib adlandırıb.

Parlamentdə 2023-cü ilin büdcə dinləmələri zamanı Paşinyan Türkiyə lideri ilə bu il telefonla təmasda olduğunu və Praqada görüşdüyünü xatırladıb.

“Siz soruşacaqsınız, görüş olub, bəs situasiya dəyişibmi? Deyə bilərəm ki, praktik və ciddi nəticə doğurmasa da, özü-özlüyündə situasiya ilə bağlı vacib dəyişiklik var. Situasiyanı analiz edərkən Türkiyə ilə avqust-oktyabr aylarındakı təmaslar zamanı kommunikasiya çətinliklərini aşa bildiyimi anladım”, – Paşinyan qeyd edib.

Paşinyan bunun zəif arqument olduğunu desə də, Türkiyə ilə görüşüb-görüşməmək dilemmasının daha nə hökumət, nə də cəmiyyət səviyyəsində qalmadığını deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər