Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Macron ilə telefon danışığı aparıb.
Söhbət əsnasında Paşinyan Macrona Dağlıq Qarabağda davam edən döyüş əməliyyatları və bu çərçivədə baş verən hadisələr barədə məlumat verib.
Fransa prezidenti öz növbəsində atəşkəsin yaradılmasının və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə dair danışıqların aparılmasının və Rusiya Prezidenti Vladimir Putinin 8 oktyabr tarixli müraciətinin vacibliyini vurğulayıb. Rusiya prezidenti ilə birbaşa təmasda olduğunu da əlavə edib. Paşinyan Dağlıq Qarabağın mövcud şərtlərdə öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyin vacibliyini və beynəlxalq ictimaiyyətin bu istiqamətdə dəqiq addımlar atmasının vacibliyini vurğulayıb.