23 C
Baku
Saturday, April 20, 2024

“Pasportlar haqqında” qanunun tətbiqinə dair prezident fərman imzaladı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1305-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən hərbi attaşelərin və hərbi nümayəndələrin təyin edilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, hərbi attaşelik və hərbi nümayəndəlik aparatlarının digər zabit heyətinin təyin edilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

3.2. həmin Qanunun 6-cı maddəsinin birinci hissəsinin 8-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

 


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; 1995, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 385, № 6, maddə 493; 1998, № 2, maddə 70; 2000, № 12, maddə 835; 2001, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002, № 1, maddə 4, № 8, maddə 463; 2004, № 7, maddə 505; 2005, № 3, maddə 152, № 10, maddə 874; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008, № 3, maddə 158, № 8, maddələr 699, 701, № 10, maddə 886; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 166, № 4, maddə 276, № 11, maddə 935; 2011, № 4, maddə 270, № 6, maddə 474, № 7, maddə 580; 2012, № 7, maddə 647; 2013, № 5, maddə 465, № 6, maddə 619, № 7, maddə 793; 2014, № 4, maddə 323, № 11, maddə 1335; 2015, № 6, maddə 688; 2017, № 6, maddələr 1042, 1045, № 12 (I kitab), maddə 2263) 6-cı maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci bənddən “verilir” sözü çıxarılsın.

2. 6-cı bənddə “verilir.” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:

“7) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən hərbi attaşelərə, hərbi nümayəndələrə, həmçinin hərbi attaşelik və hərbi nümayəndəlik aparatlarının digər zabit heyətinə;

8) müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə verilir.”.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər