1 C
Baku
Saturday, December 14, 2024

“PayPal” 39 mlrd. dollara “Pinterest”i almaq üçün danışıqlar aparır

“PayPal” ödəniş xidmətinə sahib olan şirkət “Pinterest” fotohostinqini almaq üçün danışıqlar aparır. Qeyd olunur ki, şirkətlər bir səhmə görə 70 dollar qiymətini müzakirə edib, yəni potensial müqavilənin dəyəri təxminən 39 milyard dollar olaraq qiymətləndirilir.

Banker.az xəbər verir ki, bunun fonunda “Pinterest”in səhmləri 10% artaraq 61 dollara çatıb. Bildirildiyi kimi, zirvədə qiymət səhm başına 66 dollara təşkil edib.

2021-ci ilin iyul ayında “Pinterest” ikinci rübdəki gəlirinin 125% artaraq 613 milyon dollara çatdığını açıqlayıb. Şirkətin mənfəəti 69.4 milyon dollar, aylıq aktiv istifadəçilərinin sayı isə 454 milyon olub.

2021-ci ilin fevral ayında “Financial Times” “Microsoft”un “Pinterest”i almaq istədiyi barədə yazıb. Verilən məlumata görə, koronavirus pandemiyası dövründə şirkətin bazar kapitallaşması 600%-dən çox artaraq 51 milyard dollara çatıb. Hal-hazırda “Pinterest” 39 milyard dollar dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər