15 C
Baku
Saturday, April 20, 2024

“PayPal Holdings” “Honey”alış-veriş platformasını 4 milyard dollara satın alır

Onlayn ödəmə sistemi olan “PayPal Holdings” texnologiya məhsulları alış-veriş platforması “Honey Science Corporation”ı təxminən 4 milyard dollar qarşılığında almağa razılaşdıqlarını açıqlayıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Endirimləri tapmaq üçün onlayn alıcılara dəstək verən bir platforma olan “Honey” 2012-ci ildə qurulub. “Honey”nin aktiv istifadəçilərin sayı aylıq təxminən 17 milyona çatır.

İstifadəçilər yeni fürsətlərdən xəbərdar olma və ya mükafatlandırma proqramlarında iştirak etmək üçün siyahılar yarada bilərlər.

“PayPal” 300 milyon aktiv istifadəçisinə daha rahat çatmaq üçün “Honey” texnologiyasını öz məhsul sisteminə əlavə etməyi planlaşdırır.

©Report

Son xəbərlər
Digər xəbərlər