Martın 30-dan etibarən “PayPal”ın ABŞ-dakı müştəriləri ödənişləri kriptovalyuta ilə edə biləcəklər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Elektron cüzdanında “Ethereum”, “Bitcoin Cash” və “Litecoin” olan hər bir kəs onu fiat valyutaya konvertasiya etmək imkanını əldə edəcək.
Yaxın aylarda xidmət bu ödəmə sistemi ilə işləyən 29 milyon pərakəndə satış nöqtəsində əlçatan olacaq.
“Bu, “PayPal” cüzdanınızda kredit və ya debet kartı ilə yanaşı, həm də kriptovalyutadan istifadə edə biləcəyiniz ilk haldır”, – deyə şirkətin prezidenti Den Şulman qeyd edir.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayında “PayPal” ABŞ müştərilərinə kriptovalyutaları əldə etmək, saxlamaq və satmaq imkanını vermişdir.